Sağlamlığınız üçün Vitamin D nin əhəmiyyəti
D vitamini uşaqlar və yetişkinlər üçün ən vacib vitaminlər arasında yer alır. Vitamin D əksikliyi həm uşaqlarda həm də yetişkinlərdə ciddi xəstəliklərə səbəb ola bilər.
Vitamin D və Vitamin D3 nə üçün vacibdir?
Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir və ürək damar sisteminin funksiyasının qorunmasında vacib rol oynayır. Əlavə olaraq immun gücləndirici, iltihab əleyhinə və antioksidant təsirləri vardır. Vitamin Dsəviyyəsinin normal dəyərlər aralığında olan şəxslərdə respirator infeksiyalara yoluxma nisbəti azdır.
Vitamin D çatışmazlığı səbəbləri nələrdir?
Vitamin d çatışmazlığı aşağıdakı vəziyyətlərdə ortaya çıxır:
- D vitamini ilə zəngin qidalardan istifadə etməmək
- D vitamininin metabolizminin olmaması
- Genetik xəstəliklər
- Günəş işığında yetərli zaman keçirməmək
Vitamin D çatışmazlığı zamanı nə baş verir?
- Osteomalyasiya adlanan yetkinlik dövründə yaranan sümük xəstəliyi
- Sümük və əzələ ağrıları,sümüklərin tez qırılması
- Körpələrdə və uşaqlarda əzələlərdə zəiflikvə sümük deformasiyasına səbəb olan raxitlik
- Sümük metabolizminin inkişaf etməməsi
- İmmunitetin yaxşı işləməməsi nəticəsində xəstəliklərlə mübarizənin zəifləməsi
- Artıq çəkililik
- Yuxu pozğunluqları
- Alzeimer xəstəliyinə səbəb yaradır
- Günün bütün saatlarında xroniki yorğunluq
D vitamini ilə zəngin olan qidaları aşağıdakı kimi sadalaya bilərik:
- Süd və süd məhsulları
- Yağ baxımından zəngin olan balıq növləri
- Yumurta
- Portağal suyu kimi təbii meyvə şirələri
- Toyuq ciyəri
- Balıq yağı
- Cəfəri
Vitamin D kimlər üçün daha vacibdir?
Xüsusi ilə payız,qış və yaz dövrlərində vitamin D çatışmazlığı artır. Bu dövrlərdə Vitamin D miqdarının normallaşdırılması üçün Vitamin D yoxlanması tövsiyyə olunur. Vitamin D, kalsium və fosfor azlığı simptomları olanlar üçün xüsusi ilə Vitamin D nin skrininqi vacibdir.