Təsviri
Tərkibi (hər 1 kapsulda):
Təsiredici maddələr:
İnulin
Bifidobacterium longum
Lactobacillus acidophilus
Streptococus thermophilus
Lactobacillus paracasei
Lacrobacillus rhamnosus
100 mg
Total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)
Köməkçi maddələr: jelatin (Jelatin), mikroqristallik selüloza (Mikrokristal selüloza), maqnezium stearat (Magnezium stearat)
İnulin – bağırsağın mikroflorasını yaxşılaşdırır, maddələrin mübadiləsini sürətləndirir, bədən çəkisini normada saxlayır, qanda şəkərin və xolesterinin səviyyəsinin normada qalmasını təmin edir, bədəndən zəhərli maddələrin çıxışına kömək edir.
Laktobakteriyalar və bifidobakteriyalar – qram-müsbət anaerob mikroorqanizmlər olub, bağırsağın normal mikroflorasının 90%-ni təşkil edir. Bağırsağın mikroflorası immun sisteminin inkişafı və tam formalaşması, hazm prosesinin normal getməsi üçün vacibdir. Bifido- və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur və bunu müxtəlif yollarla həyata keçirir. Belə ki, bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər. Bağırsağın dezinfeksiyasını təmin etmək üçün H2O2-nin sintezində iştirak edirlər. Bu bakteriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə bağırsağın pH-nı azaldır, patogen və sərti-patogen floranın üçün əlverişsiz şərait yaradırlar. Laktobakteriyalar bifidobakteriyalar ilə birlikdə rotaviruslara və hemolitik bağırsaq çöplərinə qarşı daha güclü təsir göstərir.
İstifadəsinə dair tövsiyyələr: Bağırsağın mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədi ilə tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul gündə 2 dəfə.
Əlavə təsirlər: Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq halları.
Əks göstərişlər:Tərkibindəki hər hansı komponentinə qarşı hiperhəssaslıq.
Xüsusi ehtiyat tədbirləri: Tövsiyə olunan sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Saxlama şərti: 25°C-dən yüksək olmayan temperaturda, quru, günəş işığı düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır!
Yararlılıq müddəti: 2 il.
Buraxış forması: N20 (2×10) kapsul, blisterdə, karton qutuya qablaşdırılmış.
İstehsalçı:
Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağlık Paz. İth. San. Tic. Ltd. Şti.
Serhat Mahallesi 1148. Sokak No:28C/2 Yenimahalle/Ankara/Türkiyə
Rəsmi distributor: PROTO PHARM MMC
DƏRMAN VASİTƏSİ DEYİLDİR! BFMQƏ-dir!
Rəylər
Henüz değerlendirme yapılmadı.