Təsviri
Metavit
Bioloji fəallığa malik qidaəlavəsinə dair təlimat
Tərkibi:(hər 1 tabletdə):
Təsiredici maddələr:
- Fol turşusu (Folic acid): 400 mkq
- Biotin (Biotin): 150 mkq
- Mis ( as Copper II sulfate anhydrous 2.5 mg):1000 mkq
- Yod (as Potassium iodide 365 mcg): 140 mkq
- Dəmir ( as Iron II sulfate 46.3 mg): 17 mq
- Kalsium ( as Calcium carbonate 250 mg): 100 mq
- Maqnezium ( as Magnesium carbonate 520 mg): 150 mq
- Selen ( as Sodium selenite 71.73 mkg): 30 mkq
- Beta karoten ( as Beta carotene 0.2 mg): 2 mq
- Sink ( as Zinc oxide 16.7 mg): 15 mq
- Vitamin B1 ( as Thiamine hydrochloride ): 3 mq
- Vitamin B2 ( as Riboflavin ): 2 mq
- Vitamin B3 ( as Nicotinic acid ): 20 mq
- Vitamin B5 ( as Sodium D-pantothenate ): 6 mq
- Vitamin B6 ( as Pyridoxine hydrochloride): 6 mq
- Vitamin B12 ( as Cyanocobalamine ): 0.6 mkq
- Vitamin C ( as Ascorbic acid ): 70 mq
- Vitamin D ( as Cholecalciferol ): 10 mkq (400 BV)
- Vitamin E ( as D-alpha-tocopherol acetate ): 20 mq
- Vitamin K ( as Menaquinone ): 40 mkq
Köməkçi maddələr: sorbitol, laktoza, mikrokristallin selüloza, şəkər, qargıdallı nişastası, Ərəbistan qatranı, maqnezium stearat.
Fol turşusu – qırmızı qan hüceyrələrinin yaranmasında, hüceyrələrin bölməsi və yaranması zamanı DNT və RNT-nin çoxalması üçün azotlu üzvi əsasların sintezində mühüm rol oynayır.
Biotin – saçların, dırnaqların və dərinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Metabolik aktivliyi, beyin funksiyasını, sinir siqnalını və gündəlik funksiyaları dəstəkləyir.
Mis – orqanizmdə əsas funksiyaları mitokondriyalardan enerji xaric etmək, bir-birləşdirici toxumalarda kollegen və elastini dəridə isə melaninin sintez etmək serotonin, histomin və dopamini parçalamaq və s.
Yod – qalxanvari vəzin hormonlarının tərkibində yer alaraq orqanizmdə vacib rol oynayan elementdir.Yod qalxanvari vəz tərəfindən hormone sintezi üçün istifadə edilir. Ürəyin ritmini, orqanizmin böyümə sürətini, metabolizmanın sürətini, sinirlərin cavab verməsini, zülalların sintezini tənzimləyən məhz bu hormonlardır.
Dəmir – eritropoez zamanı oksigenin daşınması üçün vacib olan hemoqlobinin formalaşmasında iştirak edir.
Kalsium – sümüklərin və dişlərin əsasını təskil edərək onların möhkəmliyi və sağlamlığında mühüm rol oynayır.
Maqnezium – sakitləşdirici və yuxugətirici, spazmolitik təsirə malikdir.
Selen – güclü antioksidant təsirə malikdir, immunitəti gücləndirir.
Beta karoten – görüş qabiliyyətini yaxşılaşdırır. İnfeksiyalara qarşı müqaviməti artırır. Dəri, dırnaqlar və saçların sağlamlığını və tamlığını təmin edir.
Sink – immun proseslərdə iştirak edir. Hüceyrə bölməsinin və böyüməsinin stimullaşdırılması, maddələrin mübadiləsi və zülalların sintezi kimi həyatı proseslərdə iştirak edir, yaraların sağalmısını sürətləndirir.
Vitamin B1 – sinir sisteminin funksiyasını normallaşdırır, yorğunluq və əzginliyi azaldır, psixi balansı tənzimləyir, ürək, hormonal və immun sistemin funksiyasın normallaşdırır.
Vitamin B2 – görmə funksiyasında mühüm rol oynayan vitamdir.
Vitamin B3 – mübadilə proseslərində çox vacib kofermentlərə (NAD, NADP) çevrilir ki, onlar da hüceyrədaxili oksidləşmə-reduksiya reaksiyalarında iştirak edərək neyronları zədələnmədən qoruyur,MSS-nin inkişafı və fəaliyyətində mühüm rol oynayır.
Vitamin B5-Saçların böyüməsini stimullaşdırmaq, erkən ağarmağın qarşısını almaq, dərini cavanlaşdırmaq və canlandırmaq üçün kosmetologiyada tətbiq olunur.Vitamin dərini nəmləndirir,kollagen və elastinin sintezini stimullaşdırır,qızartıları aradan qaldırır , iltihablı reaksiyaları zəiflədir, sizanaqların yaranmasının qarşısını alır.
Vitamin B6-sinir sisteminin neyromediatorların sintezini stimullaşdırır.Əqli və fiziki əmək qabiliyyətini artırır, yaddaş və əhval-ruhiyyəni yaxşılaşdırır,sinir impuluslarının ötürülməsini yaxşılaşdırır, sedative təsirə malikdir.
Vitamin B12- sinir sistemi fəaliyyətini yaxşılaşdırır. Qanda hemoqlobin səviyyəsini artırır.
Vitamin C-immuniteti gücləndirir, orqanizmin bacterial və virus infeksiyalarına qarşı müqaviməti artırır.Qan damarlarının elastikliyini və kapilyar keçiriciliyi yaxşılaşdırır.Dəm mənimsənilməsində və qan yaranmada iştirak edir , immum sistemini gücləndirir.
Vitamin E- hüceyrə bölünmədində ,toxuma tənəffüsü proseslərində iştirak edir.Hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur.Antioksidant təsirə malikdir.Endokrin systemin normal fəaliyyətini təmin edir.
Vitamin K- Sümük boşluqlarının aradan qaldırılmasında və onların güclənməsində əvəzsiz rola malikdir.Qlutamilkarboksilaza reaksiyaları üçün kofaktor rolu oynayır.Bu yolla bir çox laxtalanmanı sürətləndirən və inhibə edən faktorları requlyasiya edir.
İstifadəsinə dair tövsiyyələr:
Vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası və dozası:
14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 1 tablet gündə 1 dəfə.
Əlavə təsirlər:
Pereparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı həssaslıq halları.
Əks göstərişlər:
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq.
Xüsusi ehtiyat tədbirləri:
Tövsiyə olunan sutkalıq dozani keçməyin.BFMQƏ normal qidalanmanı əvəz etmir.Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.Hamiləlik və laktasiya dövründə, xəstəlik və dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 3 il.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda , quru,işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Buraxılış forması:
N30 (10×3) tablet, karton qutuya qablaşdırılmış.
İstehsalçıI:
Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağlık Paz.İth.San.Tic.Ltd.Şti
Serhat Mahallesi 1148.Sok.No:28C/2 Yenimahalle/Ankara/Türkiyə
Rəsmi distributor: PROTO PHARM MMC
DƏRMAN VASİTƏSİ DEYİLDİR! BFMQƏ-dir!
Rəylər
Henüz değerlendirme yapılmadı.