Təsviri
Metavit baby
Bioloji faallığa malik gida alavasinin istifadəsinə dair təlimat
Tərkibi: hər 10 ml üçün şərbətdə):
Təsiredici maddələr:
Vitamin C (as Ascorbic acid)………………………………………………………………60 mq
Vitamin B1 (as Thiamine hydrochloride)……………………………………………………..1 mq
Vitamin B2 (as Riboflavin)………………………………………………………………………….1.6 mq
Vitamin B3 (as Nikotin acid)……………………………………………….………………12 mq
Vitamin B5 (as Sodium D-pantothenate)……………………………………………………4 mq
Vitamin B6 (as Pyridoxine Hyrochloride)……………………………………………………1 mq
Vitamin B9 (as Folic acid)………………………………………………………………………..160 mkq
Vitamin B12 (as cyanocobalamin)………………………………………………………………2 mkq
Vitamin A (Retinol acetate)……………………………………………………………………..266 mkq
Vitamin D (as Cholecalciferol)…………………………………………………………………10 mkq
Vitamin E (D-Alpha tocopherol acetate)……………………………………….110 mkq
Köməkçi maddələr: qliserol (glycerol), tven 80 (Tween 80), ksantan qətranı(Xanthan Gum), limon turşusu (Citric acid), natrium saxsarin (Sodium Saccharine), kalium sorbat (Potassium sorbate), təmizlənmiş su (Purified water)
Vitamin C – immuniteti gücləndirir, orqanizmin bakterial və virus infeksiyalarına qarşı müqaviməti artırır. Dəmirin mənimsənilməsində və qanyaranmada iştirak edir.
Vitamin B1 – sinir sisteminin funksiyasını normallaşdırır, yorğunluğu və əzginliyi azaldır, psixi balansı tənzimləyir, ürək, hormonal və immun sistemin funksiyasını normallaşdırır.
Vitamin B2 – görmə funksiyasında mühüm rol oynayan vitamindir.
Vitamin B3 – mübadilə proseslərində çox vacib kofermentlərə (NAD, NADP) çevrilir ki, onlar da hüceyrədaxili oksidasiya-reduksiya reaksiyalarında iştirak edərək neyronları zədələnmədən qoruyur, MSS-nin inkişafı və fəaliyyətində mühüm rol oynayır.
Vitamin B5 – dərini nəmləndirir, kollagen və elastinin sintezini stimullaşdırır, qızartıları aradan qaldırır, iltihabi reaksiyaları zəiflədir, sızanaqların yaranmasının qarşısını alır.
Vitamin B6 – qanyaranma prosesində iştirak edir, sinir sisteminin trofikasını yaxşılaşdırır.
Fol turşusu – qırmızı qan hüceyrələrinin yaranmasında, hüceyroların bölünməsi və yaranması zamanı DNT və RNT-nin çoxalması üçün azotlu üzvi əsasların sintezində mühüm rol oynayır.
Vitamin B12 – sinir sistemi fəaliyyətini yaxşılaşdırır. Qanda hemoqlobinin səviyyəsini artırır.
Vitamin A – İnfeksiyalara qarşı müqaviməti artırır. Dərinin sağlamlığını və tamamlığını təmin edir. Dəri və selikli qişanın nəmliyini qoruyur. Güclü antioksidant və rejenerasiyaedicidir.
Vitamin D3- kalsiumun qandan sorularaq sümük və diş toxuması hüceyrələrində toplanmasında iştirak edir, immum sistemini gücləndirir.
Vitamin E – hüceyrə bölünməsində, toxuma tənəffüsü proseslərində iştirak edir.Hüceyrələrin sərbəst radikalların zərərli təsirlərdən qoruyur. Antioksidant təsiri malikdir. Endokrin sistemin normal fəaliyyətini təmin edir.
İstifadəsinə dair tövsiyyələr:
Bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BEMQƏ
.
İstifadə qaydası və dozası:
4-14 yaş 5 ml gündə 1 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 10 ml gündə 1 dəfə.
Əlavə təsirlər: Tərkibindəki inqredientlərdən hər hansı birinə qarşı fərdi həssaslıq.
Əks göstərişləri: Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq hallarında.
Xüsusi tibbi tədbirləri:
Tövsiyə olunan sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanın əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşsin.
Yararlılıq müddəti:
3 il.
Saxlama şəraitı: 25°C-dan yüksək olmayan temperaturda, quru günəş işığı düşməyən və uşaqların əli çatmayan yerlərdə saxlanılmalıdır.
Buraxılış forması:
Şərbət 150 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
İstehsalçı:
Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağlık Paz. İth.San. Tic.Ltd.Şti
Serhat Mahallesi 1148. Sok.No:28C/2 Yenimahalle/Ankara/Türkiyə
Rəsmi distributor: PROTO PHARM MMC
www.protopharm.az
DƏRMAN VASİTƏSİ DEYİL! BFMQƏ-dir!



Rəylər
Henüz değerlendirme yapılmadı.